Türkiyədə yaşamaq icazəsi verilən azərbaycanlıların sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin yaydığı hesabata görə, 2016-ci ildə xarici ölkə vətəndaşları içərisində yaşamaq icazəsi verilənlər arasında Azərbaycan 3-cü yerdə qərarlaşıb.

Belə ki, Türkiyədə yaşamaq icazəsi alan xarici vətəndaşların sayı 2015-ci ildə 422 min 895 nəfər idisə, 2016-ci ildə bu rəqəm 461 min 217 nəfərə çatıb.

2016-ci ildə 55 min 983 İraq, 48 min 738 Suriya və 39 min 184 nəfər Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq izni verilib. 

Həmin azərbaycanlıların 7 min 377-si ailəsinin yanına köçənlər,  10 min 528 nəfər isə təhsil və müxtəlif sahələrdə çalışanlardır.