Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadəən xəbər verir ki, "VAZ-2107" markalı avtomobilə "VAZ -21011" markalı avtomobilin toqquşması nəticəsində dörd nəfər yaralanıb. Onlardan üçü Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına digərinin vəziyyəti ağır olduğundan Gəncədəki özəl xəstəxanaların birinə aparılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Baş verən ağır qəzada yaralananların adı məlum olub. 

Belə ki, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Amin Nüsrət oğlu Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü İsa Əli oğlu Verdiyevin idarə etdiyi "VAZ-21011" markalı avtomobillə toqquşub. 

Nəticədə dörd nəfər ağır yaralanıb.

Yaralılar:

Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü İsa Əli oğlu Verdiyev;

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Amin Nüsrət oğlu Əliyev;

Daşkəsən rayon sakini, 1979-cu il təvəllüdlü İlqar Məhəmməd oğluVerdiyev;

Daşkəsən rayon sakini, 1978-ci il təvəllüdlü Qorxmaz Xasməmməd oğlu Salmanovdur.