Göygöldə yük avtomobili qoyun sürüsünü əzib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 2-də saat 18:00 radələrində Qazax rayon sakini Vaqif Allahverdiyev idarə etdiyi "MAN" markalı qoşqulu yük avtomobili ilə Göygöl rayonunun Quşqara kəndi ərazisində, yolun hərəkət hissəsində olan qoyun sürüsünü əzib.
Nəticədə 82 baş qoyun-quzu tələf olub, bir neçəsi isə yaralanıb.