İlahiyyatçı Elşad Miri "Qurani Kərimdə at və eşşək ətinin haram olması ilə bağlı heç nə qeyd olunmur və kim istəyirsə, yeyə bilər fikrinə, qatı islamçı, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu sərt təpki göstərib.

Partiya sədri Unikal.org-a Elşad Mirinin bu fikirlərinin kökündən yanlış olduğunu və Quranda bu heyvanların haram olduğunu açıqlayıb:

"Qurani Kərimdə "Nisa surəsində Allah Təala çütdırnaqlı heyvanın ətini pak nemət kimi buyurur. Qurana görə, 8 canlının ətini yeyə bilərik. Bu da məlum olduğu kimi dəvə, qoyun, keçi, maral və bir neçə ov heyvanıdır. Ondan başqa heç bir heyvanın əti müsəlman üçün halal deyil. Ona görə də Elşad Miri yanlış deyir. Çünki eşşək təkdırnaqlı heyvandır. Atı bəzi xalqlar otyeyən heyvan olduğu üçün yeyir. Ancaq biz hər otyeyən heyvanı yemirik. Həmin heyvanların əti halal buyrulub ki, o heyvanların ətinin təbiəti ilə insan ətinin təbiəti eyni olmasın. Məsələn elmi səviyyədə sübut olunub ki, eşşək südünün tərkibi insan südünə çox yaxındır. Quranda ayədə deyilir ki, günahkarların bir qisminin meymun, bir qismini donuz olmasına əmr etdik. O ətlərin ki, tərkibində insan ətinə yaxınlıq var, həmin ətlər xeyirli ola bilməz. Bu baxımdan eşşəyin südünün tərkibi insan südünə yaxın olduğuna görə, eşşək əti yemək insan əti yemək kimi bir şeydir. Bəzi alimlər hesab edirlə ki, ot yediyinə görə, eşşək və at ətini yemək olar. Bu tamamilə yanlışdır. Quranda neçə cür canlının halal buyrulduğu yazılmasaydı, onda ot yemək əsas götürülə bilərdi. Elə həşəratlar var ki, onların böyük əksəriyyəti otla qidalanır. Onda belə çıxır ki, həmin həşəratları biz yeyə bilərik? Acından ölürsənsə, insan əti də yeyə bilərsən. Elşad Miri konkret göstərə bilərmi ki, Quranın hansı ayəsində deyilir ki, at eşşək əti yeyilməldir? İstisna şərt var, həyatınız təhlükədə qalarsa, hətta imanınızı gizlədə bilərsiniz.

Partiya sərdri vurğulayıb ki, Quranın "Nəhl surəsinin 5-ci ayəsində buyrulur: "Allah dördayaqlıları yaratdı. Onlarda sizin üçün bədənin istiliyi və həyatın rahatlığı vasitəsi, xeyirlər vardır, siz onlardan yeyirsiniz. Həmin surənin 8-ci ayəsində deyilir: Atları, qatırları və ulaqları onlara minməyiniz və həm də zinət və bəzək olsunlar deyə yaratdıq. Buradan açıq şəkildə görünür ki, eşşək minmək üçün yaradılıb, əti yeyilmək üçün yox. Elşad Miriyə başqa hansı ayə lazımdır? Minmək üçün yaradılanı yemək üçün istifadə edilə bilməz axı