Bakıda tikilməkdə olan çoxmərtəbəli binanın zirzəmisində meyit tapılıb.

Unikal.org xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, N. Yusifbəyli küçəsi 32 ünvanında inşa olunan binanın zirzəmisinə yığılmış su çəkilərkən orada meyit aşkar edilib.

Tikinti işlərini aparan şirkət bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Hadisə yeri və meyitə baxış keçirilərkən meyiti tapılan şəxsin aprelin 13-də itkin düşmüş kimi qeydiyyatda olan, 1986-cı il təvəllüdlü Rüfət Zülfüqar oğlu Sadıqov olması müəyyən edilib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

R. Sadıqovun qətlə yetirilməsi versiyası da istisna edilmir.