Bakıda yaşayış binasında yanğın olub.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan 3 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavanı 12 m2 sahədə və mətbəx əşyaları qismən yanıb. Yanğın zamanı iki azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.