Salyanda bir nəfər çayda batıb.

Unikal.org-un FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,Akkuşa çayının Salyan rayonu ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın axtarışlarına başlayıb. Əlavə məlumat veriləcək.