Göyçay rayonunda iki qardaş arasında baş verən dava qanla nəticələnib.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 21:00 radələrində Göyçayın Bəydövül kənd ərazisində, su arxının üstündə qeydə alınıb. Kənd sakini 1956-cı il təvəllüdlü Umudov Sahib Süleyman oğlu həyətyanı sahəsini suvarmaq üçün su tapmadığına görə qardaşı, Bəydövül Kənd Sudan İstifadə edənlər Birliyinin sədri, 1962-ci il təvəllüdlü Umudov Fizuli Süleyman oğlu arasında dava düşüb.
Sahib Umudov qardaşına suvarma suyu ilə bağlı narazılığını bildirib və əsəbiləşərək cibindəki bıçaqla ona xəsarət yetirib. Fizuli Umudov təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.