Oğuzda fərdi yaşayış evində qaz sızmasından partlayış olub, ana və oğlu xəsarət alıb.
Unikal.org xəbər verir ki, Oğuz Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, mayın 4-ü saat 18:30 radələrində rayonun Calut kənd sakinləri - 1961-ci il təvəllüdlü Leyla Talıb qızı Həsənova və onun oğlu, 1980-ci il təvəllüdlü Elnur Mərdan oğlu Həsənov bədənlərinin 3-cü dərəcəli termiki yanıq xəsarətləri ilə xəstəxanaya daxil olublar.
Ana və oğluna xəstəxanada lazımı tibbi yardım göstərildikdən sonra vəziyyətlərini nəzərə alaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.
Oğuz Rayon Polis Şöbəsindən bildirilib ki, hadisə Leyla və Elnur Həsənovların yaşadığı evdə olub. Qaz sızması nəticəsində anidən alovla müşahidə edilən partlayış baş verib.
Faktla bağlı araşdırma aparılır.