Mingəçevir şəhərində polis əməkdaşı yol qəzasına düşüb.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə şəhərin Heydər Əliyev küçəsində baş verib.

Belə ki, "VAZ-21099 markalı avtomobilin sürücüsü idarəetməni itirərək Tural Cəmil oğlu Kazımovun idarə etdiyi "VAZ-2107 markalı avtomobilə çırpılıb. Nəticədə T.Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, T.Kazımov Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşıdır. O, qəzanın baş verdiyi ərazidə piyadaların hərəkətini təmin etmək üzrə xidmət aparır.

Faktla bağlı araşdırmalara başlanılıb.