Bakıda iki yaşlı körpənin üstünə qaynar su tökülüb.

Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsindəki yeni yaşayış sahəsində qeydə alınıb.

Orada yaşayan 2015-ci il təvəllüdlü Murad Səfərovun sifətinə qaynar su tökülüb.

Hadisə ehtiyatsızlıqdan baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.