Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Saatlı rayon şöbəsinin rəisi Bayram Mikayılovun həyat yoldaşını bıçaqlayaraq həbs olunması barədə xəbər yayılıb.

Bayram Mikaylılov həbsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, Unikal.org-a açıqlamasında deyib ki, bu məlumat tamamilə yanlışdır: "Belə bir hadisə olmayıb. Bu məlumat yanlışdır. Azadlıqdayam, həbs olunmamışam. Mən idarə rəhbəriyəm. Görürsünüz ki, Sizinlə rahat danışıram, heç bir problem yoxdur. Bununla bağlı vəkilimlə danışacağam.

Qeyd edək ki, rəisin həbsi ilə bağlı məluatı Qafqazinfo-ya vəkil Vasif İsrafilov məlumat verib. O, bildirib ki, bu il yanvarın 26-da B.Mikayılov arvadının avtomobilinin qarşısını kəsərək onu öldürməklə hədələyib.

Bir saata yaxın davam edən mübahisəyə kənar şəxslər sakitləşdirmək üçün müdaxilə edib. Bu zaman şöbə rəisi B.Mikayılov bıçaq çıxararaq onu vurub. Ətrafdakı şəxslər yaralı qadını maşına oturdaraq xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra onların həyatını xilas etmək mümkün olub.

Amid Əyyuboğlu