"Bu gün 13-15 yaşında yeniyetmə qızların uşaq dünyaya gətirməsi halları az da olsa var.

Unikal.org-un məlumatına görə, azvision.az xəbər verir ki, bunu Respublika Perinatal Mərkəzin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc  Məmmədova deyib. Onun sözlərinə görə, 1986-cı ildə Azərbaycanda yaradılan Mamalıq və Ginekologiya İnstitutu tərəfindən yeniyetmələrin reproduktiv funksiyasının yetişməsi haqqında elmi-tədqiqat işi aparılıb və sübut olunub ki, Azərbaycanda qızların ilk menustrasiyası 14 yaşında baş verir:

"Onların menarxiyası 15 yaşına qədər, yəni 1 il olur. 13-14 yaşında qızların bədəni hələ formalaşır. 13-14 yaşında menustrasiya görməyən və yumurtalığı yetişməyən qızı ərə vermək onun üçün böyük stress olacaq. Çünki cinsi əlaqə zamanı uşaq orqanizminin qarşılaşdığı kişi hormonallarını bədəni hormonal stress kimi qəbul edəcək. Nəticədə bir çox kənara çıxmalara, metobolik dəyişmələrə və hormonal statuslu dəyişiklərə gətirib çıxaracaq. Bu düzgün deyil.

S.Məmmədova bildirib ki, bu yaşda qızlarını ərə verən və onun hamiləliyini gizlədən valideynlər təəssüf ki, hələ də var: "Qanunvericiliyə əsasən, 18 yaşına qədər qız hamiləlik və ya doğuşla bağlı xəstəxanaya müraciət edirsə, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilir. Ona görə bu məsələlər gizlədilir. Amma gənc orqanizmin 9 ay bətnində başqa orqanizmi gəzdirməsi fəlakətdir. Çünki bunun özünün orqanizminin yetişməsi lazımdır. Onun orqanizmdə ikinci bir orqanizm yetişdirməsi mümkün olmur.

S.Məmmədova bildirib ki, 20 il bundan əvvəl cənub zonasında 13-14 yaşında yeniyetmə qızları ərə verulməsi halları daha çox müşahidə edilirdi:

"İldən-ilə belə hallar təbliğat nəticəsində azalır. Yeniyetmə vaxtı hamilə qalan anaların körpələri vaxtından əvvəl, yarımçıq doğulur. Həmin uşaqlar da yarımçıq və yetişməmiş olduğu üçün əksər vaxtlarda tələf olur. Ananın da bədəni tam formalaşmadığı üçün belə hamiləlik zamanı ağır travmalar əmələ gəlir. Bu da onların gələcək həyatında xoşagəlməz hallara səbəb olur.