Mayın 5-də saat 3 radələrində Xızı rayonunun Yaşma kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Oqtay Kərimov vurulub. Piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Dünən saat 23 radələrində Tovuz şəhəri ərazisində də qəza baş verib.
Belə ki, Zakir Qəhrəmanov idarə etdiyi "Porshe" markalı avtomobili yolun kənarındakı daş hasara vurub.
Nəticədə Z.Qəhrəmanov və sərnişinləri Nurlan Hüseynov, Azad Fətullayev xəstəxanaya yerləşdiriliblər. Sürücü orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.
Ötən gün saat 2 radələrində Qax rayonunun Alatəmir kəndində baş verən yol-nəqliyyat hadisəsi zamanı rayon sakini Elçin Əliyev idarə etdiyi "Mercedes markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişini, həmyerlisi Ruslan Qafarov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.