"Bizim məqsədimiz Azərbaycana xaricdən gələn turistlərin sayınə artırmaqdır".
Unikal.org xəbər verir ki, bunu prezident İlham Əliyev Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
O vurğulayıb ki, bizim məqsədimiz turist sayını 3 milyona çatdırmaqdır: "Amma ölkəmizə ötən il xaricdən gələn turistlərin sayında 25 faiz artım müşahidə edilmişdir. Hesab edirəm ki, bu yaxşı göstəricidir. Amma məqsədimiz bu sayı artırmaqdır.
Azərbaycanda turizm sektorunun inkişafına dövlətin xüsusi diqqət göstərdiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, məqsədimiz turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməkdir.