Yunan tennisçi Konstantinos Mikos danışılmış oyunların təşkili və bukmeker kontorlarında mərc etmək qadağasını pozduğuna görə ömürlük diskvalifikasiya olunub.

Unikal.org-un "Eurosporta istinadən verdiyi xəbərə görə, məlumat verib.

Tennisdə Korrupsiyanın Araşdırılması üzrə Komissiyanın məlumatına görə, idmançı həmyerlisi Aleksandros Yakupoviçə 2013-cü ildə keçirilən oyuna və setlərdə lazımi hesaba görə pul ödəyib. Ardınca isə Mikos bukmeker kontorlarında iki əkkauntdan mərcə pul yatırıb.

Qeyd edək ki, Yakupoviç də tennisdən ömürlük kənarlaşdırılıb.(istipress.com)