Bakıda yanğın hadisəsi qeydə alınıb. 

Unikal.org FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 370 m² olan mansard tipli ikimərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyü, mansardı və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.