Balakəndə ölümlə nəticələnənb yol qəzası baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, rayon sakini Herayev Ömər Süleyman oğlunun idarə etdiyi "Dnepr" markalı motosiklet yüksək sürətlə divara çırpılıb. Nəticədə 40 yaşlı Ö.Herayev ağır xəsarət alıb və hadisə yerində vəfat edib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.