Ötən gün Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində baş vermiş qəza nəticəsində xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilənlərin sayı beş nəfərdir.
Xəstəxanaya yerləşdirilənlər Xaçmaz rayonu, Xudat qəsəbə sakini, 55 yaşlı Ağayev Bahadır Hacıbaba oğlu və onun həyat yoldaşı, 44 yaşlı Yelena Ağayeva, əkiz qızları -11 yaşlı Gülsarə və Sədəxanım, eləcə də 17 yaşlı qızları Oksana Ağayevalardır.
Şahidlər onların ağır qəza nəticəsində tamamilə deformasiyaya uğramış "Opeldən az ağır və yüngül xəsarətlərlə çıxmalarını möcüzə adlandırırlar.
Ailənin bu gün ambulator müalicə üçün yaşadıqları Xaşmaz rayonuna yola salınacağı gözlənilir.