Bakıda avtomobildən oğurluq hadisəsi baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən 1987-ci il təvəllüdlü Hüseynova Sevinc Əli qızı bildirib ki, Cavanşir küçəsi 31 ünvanındakı avtoyuma məntəqəsində avtomobilindən oğurluq edilib. O, qeyd edib ki, özünə məxsus "Mitsubishi markalı avtomobili məntəqədə qoyub və saat 23 radələrində maşını götürdükdə salonda qoyduğu 700 manat pulun oğurlandığını görüb.

Faktla bağlı araşdırma aparılır.