Biləsuvarda naməlum şəxslər həkimin əl qolunu bağlayaraq evin yarıblar.
Unikal.org bildirir ki, hadisə rayonun Tofiq İsmayılov küçəsində Bilasuvar mərkəzi xəstəxanasının həkimi Göyçək İbrahimovaya məxsus fərdi yaşayış evində baş verib.
Ev sahibinin sözlərinə görə, axşam saatlarında 2 nəfər masqalı şəxs əvvəlcə həkimin bayıra çıxmış azyaşlı nəvələri tutublar. Daha sonra onlar evə daxil olaraq Göyçək İbarahimovaya güc tətbiq edib əl-qolunu kəndirlə bağlayıb və evi axtarmağa başlayıblar. Zərərçəkənin sözlərinə görə, naməlum şəxslər evdən 2 min manata yaxın nəğd pul və qızıl zinət əşyaları götürüblər.
Məsələ ilə bağlı Biləsuvar Polis idarəsində məlumat verilib. cinayəti törədənlərin tapılması istiqamətində tədbirlər görülür.
Digər bir oğurluq hadisəsi isə lənkəranda baş verib. Azərpoçtun Lənkəran rayon Göyşaban kəndinin poçt şöbəsinin pəncəərlərinin dəmir barmaqlılarını qıraraq içəri daxil olan oğrular içəridəki seyfi sındırıblar. naməlum şəxs və ya şəxslər seyfi sındıra bilsələr də içərisindən heç nə tapmayıblar.
Əliboş qayıtmaq istəməyən oğrular əvəzində otaqdakı inventarları yararsız vəziyyətə salaraq aradan çıxıblar. Faktla bağlı Lənkəran polisi araşdırmaları davam etdirir. /xezerxeber.az