Qaxda 25 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.
Unikal.org apa-ya istinadən xəbər verr ki, hadisə mayın 7-i, günorta saatlarında Qum kəndində baş verib.
1992-ci il təvəllüdlü, Qum kənd sakini Səxavət Cabir oğlu Mikayılovun meyiti kənddən keçən Qum çayının qolundan həmkəndliləri tərəfindən tapılıb.
Aparılmış ilkin araşdırma zamanı məlum olub ki, 25 yaşlı Səxavət Mikayılov ehtiyatsızlıqdan yıxılıb və başı çaydakı daşa dəyib. Nəticədə huşsuz vəziyyətdə olan Səxavət Mikayılov boğularaq ölüb.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.