Aprelin 28-də Bakının Neftçilər prospekti ilə Bülbül küçəsinin kəsişməsində yerləşən svetoforun qırmızı işığında hərəkət edən 90-TS-010 qeydiyyat nişanlı "Porsche" markalı avtomobil kameraya düşüb.
Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, avtomobilin sürücüsü svetoforun qırmızı işığının yanmasına əhəmiyyət verməyərək yolayrıcına daxil olub və hərəkəti davam etdirib.
Hansı ki, o, qırmızı işıqda dayansaydı cəmi bir neçə saniyə vaxtı gedəcəkdi. Bu tip sürücülər belə vəziyyətdə bir neçə saniyəni itirmək istəmirlər. Və bu saniyələr bəzən bir neçə insan ömrünü məhv edə bilir...