Azərbaycan Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır. Şuraya məhkəmələrin fəaliyyəti ilə bağlı yeni səlahiyyət verilir. 

Unikal.org-un məlumatına görə, bununla bağlı "Məhkəmə-Hüquq Şurası haqqında qanunun 11-ci (Məhkəmə-Hüquq Şurasının vəzifələri) maddəsinə yeni bənd təklif edilir. Bəndə görə, Məhkəmə-Hüquq Şurası məhkəmələrin ərazi yurisdiksiyasını da müəyyən edəcək. Hazırda mövcud qanunvericiliyə görə, şura bununla bağlı yalnız təklif vermək səlahiyyətinə malikdir. 

 Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.