Gürcüstanıın Marneuli bələdiyyəsi sədrinin Qullar kəndi üzrə nümayəndəsi olan azərbaycanlı rüşvətə görə saxlanılıb.
Unikal.org gürcü mətbuatına istinadən xəbər verir ki, bələdiyyə nümayəndəsi Qəşəm Qarayev həbs olunub.
İstintaq müəyyən edib ki, Q. Qarayev Gürcüstan vətəndaşı Georgi K. və Nepal vətəndaşı Aşoku K. adlı şəxslərə saxta arayış düzəltməyi vəd edib. Buna görə o, 5,5 min lari pul istəyib. O, 500 larini əvvəl, qalan qismini isə arayışı verərkən alıb. Pulu alarkən o, Antikorrupsiya Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb və pul dəlil kimi götürülüb. Faktla bağlı cinayət işi qaldırılıb.