Şəkidə sirkə turşusundan ölüm faktı qeydə alınıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) məlumat verilib.
Bildirilib ki, xəstəxananın reanimasiya şöbəsində müalicə alan rayonun Turan qəsəbə sakini, 1982-ci il təvəllüdlü Elçin Fikrət oğlu Məmmədov mayın 8-i axşam saat 22 radələrində ölüb.
Qeyd edək ki, 35 yaşlı Elçin Məmmədov mayın 8-i axşam saat 18 radələrində sirkə turşusundan zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Elçin Məmmədovun sirkə turşusunu hansı səbəbdən içməsini araşdırmalardan sonra söyləmək mümkün olacaq.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.