Şəki Mərkəzi Rayon Xəstəxanasında dava olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, mayın 8-i axşam saatlarında Şəki Mərkəzi Rayon Xəstəxanasına müayinəyə gələn, 1990-cı il təvəllüdlü Mərdan Akif oğlu Mustafayev onu müayinə edən həkim, 1973-cü il təvəllüdlü Nəsrullah Ziyəddin oğlu Beydullayevi döyüb.
Şəki Mərkəzi Rayon Xəstəxanasından faktı təsdiqləyiblər. Bildirilib ki, döyülən həkim Nəsrullah Beydullayev xəstəxananın reanimasiya şöbəsinin həkimidir. Ona qapalı kəllə beyin travması, burun sümüyünün sınığı diaqnozu qoyulub.
Qeyd edək ki, həkimi döyən Mərdan Mustafayev "ARB telekanalında yayımlanan "Ferma verilişinin iştirakçısı olub.