Xaçmaz rayonunda meşə massivində yanğın qeydə alınıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Mərəcan kəndi ərazisində təxminən 500 kvadratlıq meşə massivində yanğın başlayıb. Yanğının söndürülməsi üçün Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.


***

Xaçmaz rayonunda meşə massivində başlayan yanğın söndürülüb.

Hadisə yerinə cəlb olunan Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi alovu söndürüb, daha geniş əraziyə yayılmasının qarşısını alıb.