Ermənistan prezidenti Şuşa şəhərinin işğalının 25-ci il dönümünü qeyd etmək üçün qondarma Dağlıq Qarabağ rejiminin keçirdiyi tədbirə qatılıb.

Unikal.org erməni saytına istinadən xəbər verir ki, işgüzar səfər adı ilə Qarabağa səfər edən Ermənistan prezidenti Serj Sarkisyan guya II Dünya müharibəsində "həlak olan Böyük Vətən müharibəsi iştirakçılarına ucaldılan abidəyə gül qoyub və Şuşa şəhərini işğal etmələrinin 25-ci il dönümünə qatılıb.

Düşmən ölkə prezidenti Azərbaycan torpaqlarına səfərinin videosunu oxuculara təqdim edirik.