İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən qadın həndbolçular arasında yarışlara start verilib.
Unikal.org-un məlumatına görə, dairəvi sistemlər təşkil olunan turnirin ilk günü Azərbaycan millisi də meydana çıxıb.
"Sərhədçi Olimpiya İdman Mərkəzində baş tutan matçda yığmamız Kamerun həndbolçuları ilə üz-üzə gəliblər. Əsasını milliləşdirilmiş oyunçular təşkil edən millimiz çətinliklə də olsa qələbə qazanıb.
Belə ki, Georgi Voronovun başçılıq etdiyi komanda ilk hissəni 18:14 hesabı ilə irəlidə bitirib. İkinci yarıda rəqib təzyiqi artıb. Buna baxmayaraq, yığmamız qarşılaşmanı 2 top fərqi ilə aktivinə yazıb.
Günün digər oyununda isə Türkiyə Özbəkistanı məğlub edib. Ay-ulduzlular 37:21 (16:8) hesabı ilə qalib gəliblər.