Cəlilabadda çayda boğulan uşağın kimliyi məlum olub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə o, Cəlilabadın Mikayıl Müşfiq küçəsi ev 6 ünvanında yaşayan Həsənli Hacı İbadət oğludur. Onun çaya ehtiyatsızlıqdan düşərək boğulduğu bildirilir.

xxx

Cəlilabad rayonunda suda boğulma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər  verir ki, yerli sakinlər bildirib ki, hələlik şəxsiyyəti məlum olmayan təxminən 10-11 yaşlı yeniyetmə rayon ərazisindən keçən Mişarçayda boğulub.

Onun cəsədi çayda batdığı yerdən çıxarılıb və yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.