Bakıda xarici ölkə vətəndaşı iş yerində ölüb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Neftçilər prospekti 67 ünvanında yerləşən "Permasteelisa Qrup" şirkətində müqavilə əsasında sahə rəisi işləyən və Neftçilər prospekti ev 131, mənzil 36-da kirayə yaşayan 1966-cı il təvəllüdlü, Xorvatiya vətəndaşı Barisic Bosilko Hrvatsko iş otağında ölüb. İlkin müayinə zamanı onun ürək çatışmazlığından vəfat etdiyi müəyyənləşib.
Qeyd edək ki, xorvatiyalı mühəndis Bakıda "Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin tikintisində çalışırmış.