Şabran rayonunda dəhşətli hadisə baş verib.
Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 9-da Şabran rayonu ərazisindəki avtomobillərin təmiri sexlərindən birində Dəvəçi kənd sakini Məmməd Məmmədov "VAZ-21099" markalı avtomobilini itələyərkən ehtiyatsızlıqdan orada çilingər işləyən Vüqar Əlverdiyevi divara sıxıb.
Nəticədə usta hadisə yerində ölüb.
Araşdırma aparılır