Biləsuvar rayonunda üç yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Ovçubərə kəndində baş verib.

Belə ki, həmin kəndin sakini 2014-cü il təvəllüdlü Ağayev Müşfiq Eldar oğlu cərayan vurması nəticəsində ölüb.

Uşağın yaxınlarının  verdiyi məlumata görə, o, həyətlərindəki su quyusunun elektrik açarı ilə oynayərkən elektrik cərayanı vurub.

Uşaq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.