Mayın 5-də alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Xaçmaz rayonu Padar kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Unikal.org-a verilən məlumata görə, baxış zamanı meşə ərazisində qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilmiş, sümükdən ayrılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 100 kq çəkisində sümükdən ayrılmış at əti və 1 ədəd kəsilmiş atın başı aşkar olunub.
İlkin araşdırma nəticəsində həmin heyvanın Padar kənd sakini Məmmədov İsmayıl Müzəffər oğlu tərəfindən kəsilməsi, ətin sümükdən ayrılması və həmin at ətinin Bakı şəhərində satılması məqsədi ilə hazırlandığı müəyyən edilib.
Aşkar edilmiş, sümükdən ayrılmış at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Xaçmaz rayonu Padar kənd sakini Məmmədov İsmayıl Müzəffər oğluna məxsus 100 kq çəkisində olan sümükdən ayrılmış at ətinin müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortus equi) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən, həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, Xaçmaz rayonu, Padar kəndi yaxınlığındakı meşə ərazisində aşkarlanmış, müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş, Padar kənd sakini Məmmədov İsmayıl Müzəffər oğluna məxsus 100 kq çəkisində olan sümükdən ayrılmış at əti barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.