Azərbaycan Müdafiə Sənayesi Nazirliyi "Yalquzaq snayper tüfənginin ixracına başlayır.

Unikal.org-un məlumatına görə, bu barədə APA-ya müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, bir neçə xarici ölkədən "Yalquzaq tüfəngi üçün böyük həcmli sifarişlər alınıb. Hazırda sifarişlərin icrası istiqamətində işlər gedir.

Y. Camalov silahın Azərbaycanda Sərhəd Qoşunlarına da verildiyini qeyd edib.

Y. Camalov bildirib ki, "Yalquzaq texniki-taktiki imkanlarına görə öz sinfindəki bir çox tüfəngləri üstələyir. Azərbaycanın NATO kalibrində (7.62x51mm) ilk silahı olan "Yalquzaq tam olaraq yerli mütəxəssislər tərəfindən yaradılıb.