Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin həyat yoldaşı Tibb Universitetində işə götürülüb.

Unikal.org-un əldə etdiyi məlumata görə, sabiq nazirin xanımı Səbinə Əliyeva universitetin İnsan Anatomiyası kafedrasında 2015-ci ildən asistent vəzifəsində çalışır.

Faktı Unikal.org-a Tibb Universitetindən təsdiqləyiblər.

Qeyd edək ki, S. Əiyeva 1991-1997- ci ildə Tibb Universitetinin Müalicə İşi fakultəsində təhsil alıb.

Orxan Həsənli