Masallıda yolun kənarında kişi meyiti aşkar edilib.
 
Unikal.org apa-ya istinadən xəbər verir ki, meyit rayonun Digah kəndi ərazisində tapılıb.
 
Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs  Masallının Digah kənd sakini, 1963-cü il təvəllüdlü Telman Qubad oğlu İbadovdur. Meyit Cəlilabad morquna aparılıb. Onun üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.