Lerik rayonunda intihar hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Vizəzəmin kəndində qeydə alınıb. Xəstəlikdən əziyyət çəkdiyi deyilən Mirməmmədova Gülxarə Sabir qızı  yaşadığı evdə neft lampasının içərisindəki nefti üzərinə tökərək özünü yandırıb. Hadisədən xəbər tutan ailə üzvləri G.Mirməmmədovanı xilas edə bilməyiblər.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.