Bakı polisi küçəyə atılmış beş yaşlı qızın valideynlərinin axtarışına başlayıb. 

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə paylaşıb: "Bu balaca balamızı polis əməkdaşları indi gətirib. Dediyinə görə adı Yağmurdur. İlkin baxış zamanı uşağa zorakılığa məruz qaldığı aşkarlandı, onu bu hala salan atasının olduğunu isə özü bildirir. Təxminən 5 yaşı var. Bəlkə kimsə Yağmuru tanıyır? Onu da qeyd edim ki, əynində gördüyünüz geyimləri polis əməkdaşları alıb... Çılpaq imiş..."

***

Bakı Baş Polis İdarəsindən 1news.az-a bildirilib ki, ilkin məlumatlara görə, uşaq ailə zorakılığının qurbanı olub, o, valideynləri tərəfindən döyülüb və çölə atılıb.

Polis şəkilə əsasən, qızı tanıyanlardan və onun valideynləri barəsində hər hansı bir informasiyaya malik olanlardan 102 əlaqə nömrəsi vasitəsilə DİN-ə müraciət etməyi xahiş edir.