Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin "azadliq.info", "azadliq.org", "azərbaycansaati.com", "Meydan.tv" saytlarının, "Turan telekanalı (Turan TV) və "Azərbaycan saatı teleproqramlarının bloklanması ilə bağlı qaldırdığı iddia əsasında məhkəmə iclası başa çatıb.

Unikal.org-un xəbərinə görə, məhkəmə iddianı təmin edib və həmin saytların bloklanmasına qərar verilib.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Mərkəzi qeyd olunan saytların bloklanması barədə mülki iddia ilə bir müddət əvvəl məhkəməyə müraciət edib.