Bakıda sürücü yol polisini vurub.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Neftçilər prospekti 26 ünvanının qarşısında baş verib.

1992-ci il təvəllüdlü İbrahimov Kamran Rövşən oğlu idarə etdiyi "Mercedes" markalı 99 HM 573 dövlət qeydiyyat nişanlı avtomobillə yol polisi əməkdaşının "saxla" əmrinə tabe olmayıb. Həmin sürücü onu saxlamağa çalışan və xidmətdə olan Yol Patrul Xidmətinin inspektoru, polis serjantı İbrahimli Şahin Məhərrəm oğlunun idarə etdiyi "Yamaha" markalı 10 P 31 dövlət nömrə nişanlı motoskleti vurub.

Zərbənin gücündən polis əməkdaşının ayağı sınıb və o, DİN-in A.Heydərov adına Hospitalına aparılıb.