Qobustan rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "Gülüstan istirahət mərkəzinin ərazisində ümumi sahəsi 150 m2 olan külafirənginin yanar konstruksiyaları 90 m2 sahədə və 2 ədəd soyuducu yanıb.
Külafirənginin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.