IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Kamerun millisinin baş məşqçisi Riçard Tova xəstəxanaya yerləşdirilib.
Unikal.org qol.az-a istinadən xəbər verir ki, bu barədə kamerun mətbuatı xəbər yayıb. Ötən gün Mərakeşlə oyun zamanı Riçard Tovanın halı pisləşib.
Onun komandası matçın 30-cu dəqiqəsində hesabı açıb. Baş məşqçi bu qolun sevincindən huşunu itirib.
Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin kardiologiya şöbəsində olan məşqçinin vəziyyəti normaldır.
Qeyd edək ki, Kamerun - Mərakeş oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.