Şəkidə bədbəxt hadisə baş verib.

Unikal.org ARB Şəki-yə istinadən xəbər verir ki, rayonun Böyük Dəhnə kənd sakini Qabil Səlimov həyətdəki ağacın budağını kəsmək istəyərkən qırılan budaq işıq dirəyinə ilişərək onu aşırıb.

49 yaşlı kişinin üzərinə düşən dirək onu ağır yaralayıb. Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, rayonun Böyük Dəhnə kənd sakini Qabil Səlimov müxtəlif dərəcəli ağır bədən xəsarətləri və travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub. Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.