Mingəçevirdə ağır yol qəzası baş verib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri ərazisində iki "VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış 5 nəfərin meyitini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 20:10-da başa çatıb.