Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarındakı bütün idman növləri üzrə yarışlar yüksək səviyyədə təşkil olunub.
Unikal.org xəbər verir ki, bunu trend-ə fransalı jurnalist Sofian Mehenni deyib.
O qeyd edib ki, təşkilatçılığın yüksək səviyyəsini ilk gündən etibarən görmək olur.
S.Mehenni həmçinin vurğulayıb ki, Bakı xüsusilə də axşamlar heyrətamiz şəhərdir.
Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.