Lənkəran rayonuna dolu düşüb.

Rayon ərazisində havanın temperaturu əvvəlki günlərə nisbətən xeyli aşağı düşüb. Güclü ildırım çaxıb, dolu düşüb.

Nəticədə təsərrüfatlarda yeni əkilən tərəvəz bitkilərinə ziyan dəyib.

Dolunun hansı ərazilərə daha çox ziyan vurduğu dəqiqləşdirilir.