Mayın 13-də IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarına start verilib.
Unikal.org xəbər verir ki, cüdo yarışlarının ilk günündə fərdi yarışlarda kişilər arasında 60, 66, 73, qadınların mübarizəsində isə 48, 52, 57, 63, eləcə də paracüdoçu qadınlar arasında 57, 70 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında tatami üzərinə çıxırlar.
"Bakı-2017də yarışa dörddəbir finaldan başlayacaq milli komandamızın üzvlərindən Orxan Səfərov (60 kq) Ali Xousrof (Yəmən) - Moktar Allassane (Niger), Nicat Şıxəlizadə (66 kq) isə Eisa Majraşi (Səudiyyə Ərəbistanı) - Mohammad Mohsen (Fələstin) qarşılaşmasının qalibləri ilə üz-üzə gələcəklər.
Digər cüdoçularımızdan Rüstəm Orucov (73 kq) Malayziya təmsilçisi Mohd Farhan Uzair Mohd Fıkrı - Behruzi Xojazoda (Tacikistan) cütünün qalibi ilə görüşəcək. Hidayət Heydərov (73 kq)
toqolu Adebayo Frederik Olympıo ilə mübarizə aparacaq.
Qadınların mübarizəsində yarımfinaldan mübarizəyə qoşulacaq Erdenebat Bazarraqça (48 kq) ilk mərhələdə Qazaxıstan idmançısı Saltanat Sultanbekova - Mərakeş təmsilçisi Vafae İdrissi Çorfı duelinin qalibinə qarşı çıxış edəcək.
Aişə Qurbanlı (48 kq) iordaniyalı Aiah Kitaneh, Nəzakət Əzizova (52 kq) Qabon cüdoçusu Ester Corine Evala Bondime, Kifayət Qasımova (57 kq) Yousra El Bouhaırı (Mərakeş), Munxtsedev İçinxorlu (57 kq) iordaniyalı Hadeel Elalmı, Xanım Hüseynova (63 kq) isə Ayna Jumakulyeva (Türkmənistan) ilə qarşılaşacaqlar.
Paracüdo yarışlarında isə ölkəmizi Sevda Vəliyeva, Afaq Qurbanova (hər ikisi 57 kq), Turanə Ağayeva və Ramilə Kaştayeva (hər ikisi 70 kq) təmsil edəcəklər.
Qeyd edək ki, İslamiadada mayın 13-dən 16-dək keçiriləcək cüdo yarışlarında yığmamız, ümumilikdə, 9 kişi və 10 qadın cüdoçu ilə təmsil olunacaq.