Dünən axşam saatlarında Yevlaxın Tanrıqulular kəndində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, Yevlax rayon Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Səfərov Ziyad Surxay oğlunun idarə etdiyi 20 CF 226 dövlət nömrə nişanlı "VAZ 2107 markalı minik maşınla Tərtərin Cəmilli kənd sakini, 1992-ci il təvəllüdlü Zülqədarlı Zülqədar Üzeyir oğlunun idarə etdiyi 50 CE 046 nömrə nişanlı "VAZ 21015 markalı avtomobil sürət həddinin aşılması nəticəsində toqquşub. Belə ki, həmin yol xeyli vaxt təmirsiz vəziyyətdə olub və avtomobillər burada saatda 60 kilometr sürətdən artıq hərəkət edə bilmirmiş. Bir müddət əvvəl isə yol tamamilə yenidən qurulub və sürət həddi də artıb. Hadisə vaxtı avtomobillərin ən azı saatda 110-120 kilometr sürətlə hərəkət etdiyi bildirilir.
Qeyd edək ki, "VAZ 21 015də vəfat edən 3 nəfər - 25 yaşlı Zülqədər Zülqədərli, 29 yaşlı Pərviz Zeynalov və 24 yaşlı Zahir Allahverdiyecv "Veysəloğlu şirkətinin regional satış və paylama şəbəkəsinin işçisi olub.
Faktla bağlı Yevlax Rayon polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
**
Daxili İşlər Nazirliyi Yevlaxda 6 nəfərin ölümünə səbəb olan yol qəzası haqqında məlumat yayıb.
Unikal.org nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, mayın 12-də saat 20 radələrində Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində Salahlı kənd sakini Ziyad Cəfərovun idarə etdiyi "VAZ-2107" və Tərtər rayon sakini Zülqədər Zülqədərlinin idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və Z.Zülqədərlinin sərnişinləri - Mingəçevir şəhər sakinləri Pərviz Zeynalov və Zahir Allahverdiyev, habelə Z.Cəfərovun sərnişinlərindən - həmkəndlisi İlya Həşimov hadisə yerinsə ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Yevlax rayon Polis Şöşəsində tərəfindən araşdırma aparılır.